Bakı. 1 dekabr. REPORT.AZ/ Azərbaycanda gələn il üçün ehtiyac meyarı ilkin proqnozla müqayisədə 14 manat və yaxud 12% artırılır.
"Report" xəbər verir ki, bu barədə maliyyə naziri Samir Şərifov məlumat verib.
"Ehtiyac meyarının həddi haqqında" qanun layihəsinə dəyişiklik edilib. Dəyişikliyə əsasən, 2018-ci il ehtiyac meyarı 130 manata çatdırılır. Bu, ölkə prezidentinin əhalinin sosial müdafiəsinin gücləndirməsinə dəstəyini ifadə edir", - deyə nazir qeyd edib.