Türkiyənin “Yapı Kredi Bank"ı Almaniyada bank lisenziyasına malik “Bankhaus J. Faistst oHG” (BHF) şirkətini alır.
“Report” bu barədə xarici mətbuata istinadən xəbər verir.
Məlumata görə, sövdələşmənin dəyəri təxminən 9 milyon avrodur. Bu, Türkiyə bankına Almaniyada da fəaliyyət göstərməyə imkan verəcək.
Xatırladaq ki, "Yapı Kredi Bank" Azərbaycanda da fəaliyyət göstərir. Onun yerli törəməsi 1998-ci ildə (əvvəlki "Koçbank (Azərbaycan)", 2007-ci ildə rebrendinq edilib) yaradılıb, nizamnamə kapitalı 55,381 milyon manatdır. Bankın səhmlərinin 99,8 %-i Türkiyənin "Yapı Kredi Bankı"na, 0,01 %-i "Yapı Kredi Yatırım Menkul Değerler" şirkətinə, 0,01 %-i isə "Yapı Kredi Finansal Kiralama" şirkətinə məxsusdur.