Bu ilin I yarısında Azərbaycanda əmlak sığortası üzrə 97,810 milyon manat sığorta haqqı toplanılıb.
“Report” Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,3 % çoxdur.
Hesabat dövründə əmlak sığortası üzrə ödənişlərin məbləği 16,488 milyon manat təşkil edib. Bu isə 1 il əvvələ nisbətən 35,1 % çoxdur.
6 ay ərzində əmlak sığortası üzrə toplanmış hər 100 manat sığorta haqqının 16,9 manatı ödəniş edilib. Bu rəqəm 1 il bundan əvvəl 12,8 manat olub.
Xatırladaq ki, yanvar-iyun aylarında Azərbaycandakı 17 sığorta şirkətinin xətti ilə 725,162 milyon manat sığorta haqqı toplanılıb. bu, ötən ilin eyni dövrünə nisbətən 11,7 % çoxdur.
Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 356,633 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 58,5 % çoxdur.
6 ay ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 49,2 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 34,7 manat olub.