Bu il yanvar-aprel aylarında Azərbaycanda əmlak sığortası üzrə 46,815 milyon manat məbləğində sığorta haqqı toplanılıb.
“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0,3 % çoxdur.
Hesabat dövründə əmlak sığortası üzrə ödənişlərin məbləği 6,428 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 18,6 % azdır.
Yanvar-aprel aylarında əmlak sığortası üzrə toplanmış hər 100 manat sığorta haqqının 13,7 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 16,9 manat olub.
Qeyd edək ki, hesabat dövründə Azərbaycandakı 20 sığorta şirkətinin xətti ilə 358,771 milyon manat məbləğində sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,8 % çoxdur.
Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 93,418 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 48 % azdır.
4 ay ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 26 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 53 manat olub.