Bu il yanvar-mart aylarında Azərbaycanda əmlak sığortası üzrə 36,855 milyon manat məbləğində sığorta haqqı toplanılıb.
“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,3 % azdır.
Hesabat dövründə əmlak sığortası üzrə ödənişlərin məbləği 4,456 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 8,4 % çoxdur.
Yanvar-mart aylarında əmlak sığortası üzrə toplanmış hər 100 manat sığorta haqqının 12,1 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 10,6 manat olub.
Xatırladaq ki, bu ilin yanvar-mart aylarında Azərbaycandakı 20 sığorta şirkətinin xətti ilə 258,425 milyon manat məbləğində sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 3,8 % çoxdur.
Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 61,228 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 2,4 dəfə azdır.
3 ay ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 23,7 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 58,4 manat olub.