Bu ilin yanvar-aprel aylarında Azərbaycanda əmlak sığortası üzrə 61,269 milyon manat məbləğində sığorta haqqı toplanılıb.
“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 30,9 % çoxdur.
Hesabat dövründə əmlak sığortası üzrə ödənişlərin məbləği 8,09 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 25,9 % çoxdur.
4 ayda əmlak sığortası üzrə toplanmış hər 100 manat sığorta haqqının 13,2 manatı ödəniş edilib. 2022-ci ilin eyni dövründə bu göstərici 13,7 manat olub.
Xatırladaq ki, bu ilin yanvar-aprel aylarında Azərbaycandakı 20 sığorta şirkətinin xətti ilə 467,53 milyon manat sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 30,3 % çoxdur.
Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 134,602 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 44,1 % çoxdur.
4 ay ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 28,8 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 26 manat olub.