Bu ilin yanvar-fevral aylarında Azərbaycanda əmlak sığortası üzrə 35,720 milyon manat məbləğində sığorta haqqı toplanılıb.
“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 24,3 % çoxdur.
Hesabat dövründə əmlak sığortası üzrə ödənişlərin məbləği 3,682 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 16,9 % çoxdur.
Yanvar-fevral aylarında əmlak sığortası üzrə toplanmış hər 100 manat sığorta haqqının 10,3 manatı ödəniş edilib. 2022-ci ilin eyni dövründə bu göstərici 11 manat olub.
Xatırladaq ki, bu ilin iki ayında Azərbaycandakı 20 sığorta şirkətinin xətti ilə 221,068 milyon manat sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 24 % çoxdur.
Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 70,514 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 81,1 % çoxdur.
İki ay ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 31,9 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 21,8 manat olub.