Bu ilin yanvar-may aylarında Azərbaycanda əmlak sığortası üzrə 76,770 milyon manat məbləğində sığorta haqqı toplanılıb.
“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 21,6 % çoxdur.
Hesabat dövründə əmlak sığortası üzrə ödənişlərin məbləği 10,317 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 26,9 % çoxdur.
5 ayda əmlak sığortası üzrə toplanmış hər 100 manat sığorta haqqının 13,4 manatı ödəniş edilib. 2022-ci ilin eyni dövründə bu göstərici 12,9 manat olub.
Xatırladaq ki, bu ilin yanvar-may aylarında Azərbaycandakı 20 sığorta şirkətinin xətti ilə 566,434 milyon manat sığorta haqqı toplanılıb. Bu, 2022-ci ilin eyni dövrünə nisbətən 32,8 % çoxdur.
Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 174,436 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 35,2 % çoxdur.
5 ay ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 30,8 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 30,2 manat olub.