Bu il yanvar ayında Azərbaycanda əmlak sığortası üzrə 17,401 milyon manat məbləğində sığorta haqqı toplanılıb.
“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 9,9 % çoxdur.
Hesabat dövründə əmlak sığortası üzrə ödənişlərin məbləği 1,28 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 19,1 % azdır.
Yanvar ayında əmlak sığortası üzrə toplanmış hər 100 manat sığorta haqqının 7,4 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 6,8 manat olub.
Qeyd edək ki, bu ilin yanvar ayında Azərbaycandakı 20 sığorta şirkətinin xətti ilə 118,234 milyon manat məbləğində sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 13,7 % çoxdur. Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 16,623 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 70,8 % və yaxud 3,4 dəfə azdır.
Yanvar ayında sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 14,1 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 54,65 manat olub.