Azərbaycanda 2024-cü ildə dövlət büdcəsində əməyin ödənişi xərclərinə 9 milyard 007,2 milyon manat vəsaitin yönəldilməsi nəzərdə tutulur.
“Report” xəbər verir ki, bu barədə Hesablama Palatasının "2024-cü il DSMF büdcəsi haqqında" qanun layihəsinə verdiyi rəydə bildirilir.
Sənədə əsasən, bu, 2023-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 6 % çoxdur.
Gələn il əməyin ödənişi xərcləri büdcənin sosialyönümlü xərclərinin 57,1 %-ni təşkil edəcək ki, bu da bu ilə nisbətən 0,5 faiz bəndi azdır.