Azərbaycanda əmanətlərin dollarlaşma səviyyəsi aşağı düşüb

Bakı. 2 iyul. REPORT.AZ/ Azərbaycanda əhalinin banklardakı əmanətlərinin dollarlaşma səviyyəsi 2018-ci il iyunun 1-nə 62,9% təşkil edib.

“Report” bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

Bu nisbət mayın 1-də 63,4% olub. Başqa sözlə, mayda əmanətlərin dollarlaşması 0,5% bəndi azalıb. Dollarlaşma səviyyəsi bu ilin əvvəlinə  66,5%, ötən il iyunun 1-nə 74,5% olub.

Məlumata görə, Azərbaycan əhalisinin banklardakı əmanətlərinin məbləği bu il iyunun 1-nə 7 867,5 mln. manat təşkil edib ki, bunun da 4 948,3 mln. manatı xarici valyutada yerləşdirilib. 

Digər xəbərlər