Azərbaycanda əmanətlərin dollarlaşma səviyyəsi aşağı düşməyə davam edir

Bakı. 1 avqust. REPORT.AZ/ Azərbaycanda əhalinin banklardakı əmanətlərinin dollarlaşma səviyyəsi 2018-ci il iyulun 1-nə 62,4% təşkil edib.

“Report” bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

Bu nisbət iyunun 1-də 62,9% olub. Başqa sözlə, iyunda əmanətlərin dollarlaşması 0,5% bəndi azalıb. Dollarlaşma səviyyəsi bu ilin əvvəlinə 66,5%, ötən il iyunun 1-nə 73,4% olub.

Məlumata görə, Azərbaycan əhalisinin banklardakı əmanətlərinin məbləği bu il iyulun 1-nə 8 109,3 mln. manat təşkil edib ki, bunun da 5 060,6 mln. manatı xarici valyutada yerləşdirilib. 

Digər xəbərlər