Bu ilin yanvar-fevral aylarında Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 1 327,7 mln. manat təşkil edib.
"Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 0,7% çoxdur.
Hesabat dövründə ödənişli xidmətlərin 73,2%-ni hüquqi şəxslər, 26,8%-ni isə fiziki şəxslər göstərib.
2 ay ərzində hər bir ölkə sakini orta hesabla 134,5 manatlıq və yaxud ötən ilin müvafiq dövrü ilə müqayisədə nominal ifadədə 4,3 manat çox dəyər malik müxtəlif ödənişli xidmətlərdən istifadə edib.