Bu ilin yanvar-avqust aylarında Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 7,3 % artaraq 5 milyard 641,3 milyon manat təşkil edib.
“Report” xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Məlumata görə, bunun 4 milyard 282,9 milyon manatlıq hissəsi hüquqi şəxslərə məxsus olub ki, bu da, xidmətlərin ümumi dəyərinin 75,9 %-ni təşkil edib.
8 ay ərzində hər bir ölkə sakini orta hesabla 560,9 manatlıq və yaxud 1 il əvvələ nisbətən 89,1 manatdan çox dəyərdə müxtəlif ödənişli xidmətlərdən istifadə edib.