Azərbaycan əhalisinin gəlirləri 1% azalıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan əhalisinin nominal gəlirləri 41 609 milyon manat təşkil edib.

"Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0,9% azdır.

Son 1 ildə ölkədə adambaşına düşən nominal gəlir isə 1,7% azalaraq 4 173 manata düşüb.

Digər xəbərlər

DSMF-nin xərcləri 10 % artıb 12 oktyabr, 2026 / 10:23