Azərbaycanın dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərin yığılan vergilərə nisbəti 5,7 %-dir.
"Report" xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili parlamentin bu gün keçirilən plenar iclasında - Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatın təqdimatında bildirib.
"Bu, yaxşı göstərici sayılır", - deyə o əlavə edib.