Azərbaycanda daha iki BOKT-a yeni direktor təyin edilib

Bakı. 19 sentyabr. REPORT.AZ/ “Fintrend” MMC bank olmayan kredit təşkilatına (BOKT) yeni direktor təyin edilib.

“Report” xəbər verir ki, bu, Rüfət Cəfərovdur.

O, yeni vəzifəsində Fuad Hacıyevi əvəz edib.

Bundan başqa, “Regional” MMC BOKT-a rəhbərlik edən Fərid Rəhimov vəzifəsindən azad edilib. Onun yerinə Ziya Babayev təyin olunub.

Xatırladaq ki, bu kredit təşkilatlarının hər biri 300 min manatlıq nizamnamə kapitalı ilə 2014-cü ildə fəaliyyətə başlayıb.

Digər xəbərlər

ATB-nin xalis mənfəəti 62 % artıb 15 oktyabr, 2026 / 12:46