Bakı. 5 yanvar. REPORT.AZ/ Bakı Fond Birjasının (BFB) dövlət və korporativ qiymətli kağızlar bazarlarında (repo əməliyyatları istisna olmaqla) 2015-cü ilin dekabr ayında göstərilmiş xidmətlərin həcminə görə brokerlərin renkinqi açıqlanıb.
"Report"un BFB-yə istinadən verdiyi xəbərə görə, renkinqə 50,1 mln. manatla "Paşa Kapital" MMC başçılıq edir. Sonrakı yerləri isə "AzFinance İnvest" MMC və "Unicapital" ASC tutub:
| Mövqe (dekabr, 2015) | Mövqe (noyabr, 2015) | Brokerlər | Əməliyyatların həcmi (AZN) |
| 1 | 1 | Paşa Kapital | 50 044 823 |
| 2 | 2 | AzFinance Invest | 37 880 229 |
| 3 | 5 | Unicapital | 5 661 915 |
| 4 | - | BoB Broker | 4 821 415 |
| 5 | - | Invest-Az | 4 001 296 |
| 6 | - | YapıKredi İnvest | 3 116 385 |
| 7 | 3 | Texnika Kapital Menecment | 562 030 |
| 8 | 7 | Çelsi Kapital | 261 625 |
| 9 | 6 | Standard Kapital | 97 907 |
| 10 | 8 | Xalq Kapital | 46 477 |