Bu il martın 1-nə Azərbaycanın bank sektoru 9 milyard 972,9 milyon manat məbləğində biznes kreditləri verib.
“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, illik müqayisədə 16,9 % çoxdur. Biznes kreditlərin bankların ümumi kredit portfelində payı 58,2 % təşkil edir.
Hesabat dövrünə istehlak kreditləri 29,1 % artaraq 4 milyard 691,8 milyon manata, ipoteka kreditləri isə 18,3 % artaraq 2 milyard 461,8 milyon manata çatıb.
Bank sektorunun müştərilərə verilən kreditlərin ümumi həcmi 17 milyard 126,5 milyon manat təşkil edib. Bu, aylıq müqayisədə 2,1 %, yanvarın 1-i ilə müqayisədə 2,8 %, 2021-ci ilin martın 1-nə nisbətən isə 20,2 % çoxdur.
Qeyd edək ki, ölkədə 26 bank fəaliyyət göstərir.