Bu ilin yanvar-may aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu (DSMF) 81 053 pensiya, müavinət və təqaüd təyinatı elektron infrastruktur üzərindən proaktiv qaydada həyata keçirib.
Bu barədə "Report"a DSMF-dən məlumat verilib.
Məlumata görə, onlardan 18 932-si pensiya, 54 961-i müavinət və 7 160-ı təqaüd təyinatıdır.