Bu il martın 1-nə Azərbaycanda 2 931 bankomat olub.
“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, fevralın 1-i ilə müqayisədə 0,4% çoxdur.
Bankomatların sayı ilin əvvəlinə nisbətən 0,8%, son 1 ildə isə 6,7% artıb.
Bankomatların 1 576-sı Bakıda, 1 355-i isə regionlardadır.