Bu il oktyabrın 1-nə Azərbaycanda 2 964 bankomat olub.
"Report" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən il oktyabrın 1-nə nisbətən 3,9 % çoxdur.
Bankomatların 1 561-i Bakıda, 1 403-ü isə regionlarda yerləşir. Bunlar isə illik müqayisədə müvafiq olaraq 3,4 % və 4,4 % çoxdur.
Bundan başqa, sentyabrın sonuna Azərbaycanda 74 004 POS-terminal olub. Bu isə 1 il əvvələ nisbətən 21,1 % çoxdur.
POS-terminalların 49 554-ü Bakıda, 24 450-si isə regionlarda yerləşir. Bunlar isə 1 il əvvəllə müqayisədə müvafiq olaraq 22,2 % və 19 % çoxdur.