Bu il martın 1-nə Azərbaycanda 20 834 bank işçisi olub.
“Report”bu barədə Aərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.
Məlumata görə, bu, fevralın 1-i ilə müqayisədə 1,1 % çoxdur.
Ölkədə bankirlərin sayı ilin əvvəlinə nisbətən 2,5%, son 1 ildə isə 11,3% artıb.
Azərbaycanda 26 bank fəaliyyət göstərir. Onlardan 24-ü özəl, 2-i isə dövlət banklarıdır.