Azərbaycanda bank sektorunun xalis zərəri kəskin azalıb - ƏLAVƏ OLUNUB

İlk xəbər saat 11:59-da verilib

Bakı. 2 iyul. REPORT.AZ/ Azərbaycanın bank sektoru bu ilin yanvar-may aylarını 5,5 mln. manat xalis zərərlə başa vurub.

“Report” Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, bu, yanvar-aprel aylarının yekunu ilə müqayisədə 10,4 dəfə azdır. 

***

5 ay ərzində bank sektorunun faiz gəlirləri 700,9 mln. manat, faiz xərcləri 250,2 mln. manat, qeyri-faiz gəlirləri 206,7 mln. manat, qeyri-faiz xərcləri isə 404,9 mln. manat təşkil edib. Son nəticədə sektorun xalis əməliyyat mənfəəti 252,5 mln. manat olub.

Banklar bunun 247,2 mln. manatını aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılmasına ayırıblar, digər mənbələrdən 1,4 mln. manat gəlir əldə ediblər, 12,2 mln. manat mənfəət vergisi ödəyiblər. 

Digər xəbərlər