Bakı. 9 fevral. REPORT.AZ/ Azərbaycan Banklar Assosiasiyası (ABA) Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) ilə bank sektoruna dair bəzi qaydaların dəyişdirilməsi istiqamətində müzakirələr aparır.
“Report” xəbər verir ki, bu barədə ABA-nın sədri Zakir Nuriyev məlumat verib.
Onun sözlərinə görə, söhbət banklara qarşı kapital adekvatlığı tələbi, borcalanlara qarşı tələblər, valyuta rejimi və aktivlərin təsnifləşdirilməsi ilə bağlı qaydalardan gedir.