2022-ci ildə Azərbaycanda “ApplePay” ödәniş hәlli vasitәsilә 658 milyon manatlıq 21,8 milyon әdәd ödəniş həyata keçirilib.
“Report” xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının illik “Rəqəmsal Ödənişlər İcmalı”nda bildirilir.
"Beynəlxalq kart təşkilatları ilə qarşılıqlı əməkdaşlığın genişləndirilməsi və innovative ödəniş həllərinin ölkəyə gətirilməsi istiqamətində fəaliyyət 2022-ci il ərzində də diqqət mərkəzində saxlanılıb", - deyə sənəddə qeyd olunub.