Azərbaycanda 8 sığorta agentinin lisenziyasının qüvvəsi bərpa edilib

Azərbaycan Mərkəzi Bankı 8 fiziki şəxsə verdiyi sığorta agenti lisenziyasının qüvvəsini bərpa edib.

"Report" bu barədə tənzimləyici quruma istinadən xəbər verir.

Məlumata görə, bununla bağlı qərar dekabrın 14-də, "Sığorta fəaliyyəti haqqında” qanuna əsasən qəbul olunub. Səbəb sığorta agentlərinin lisenziyanın qüvvəsinin dayandırılmasına əsas verən halları aradan qaldırmasıdır.

Digər xəbərlər