Azərbaycan Mərkəzi Bankı 7 fiziki şəxsə sığorta agenti fəaliyyətinə verdiyi lisenziyanı ləğv edib.
Bu barədə "Report"a tənzimləyici qurumdan bildirilib.
Məlumata görə, lisenziyalar “Sığorta fəaliyyəti haqqında” qanuna uyğun olaraq, müəyyən edilmiş nöqsanlar vaxtında aradan qaldırılmadığı üçün ləğv olunub.