İqtisadiyyat Nazirliyi yanında IV Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) 2024-cü il üzrə maliyyə hesabatlarının auditi ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.
"Report" dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalibi "Abacus Audit And Consulting" MMC-dir.
Qalib şirkətə 8 260 manat ödəniləcək.
Xatırladaq ki, 4SİM-in 2023-cü ilə dair maliyyə hesabatlarının auditini "SR Audit Solutions" MMC aparıb. Bu xidmətlərin göstərilməsinə ona 8 min manat ödənilib.