Azərbaycanda 4 sığorta vasitəçisinin lisenziyası ləğv edilib

Azərbaycan Mərkəzi Bankı (AMB) 1 hüquqi şəxs sığorta brokerinə və 3 fiziki şəxs sığorta agentinə verdiyi vasitəçi lisenziyalarını ləğv edib.

Bu barədə “Report"a tənzimləyici qurumdan bildirilib.

Məlumata görə, bu qərar yanvarın 10-da “Sığorta fəaliyyəti haqqında” qanuna uyğun olaraq qəbul edilib. Lisenziyalar könüllü müraciətlər əsasında ləğv olunub.

Xəbər lenti