Azərbaycanda 32 sığorta vasitəçisinin lisenziyasının qüvvəsi bərpa edilib

Azərbaycan Mərkəzi Bankı 3 fiziki şəxsə sığorta brokeri, 1 hüquqi şəxsə və 28 fiziki şəxsə sığorta agenti fəaliyyətinə verdiyi lisenziyaların qüvvəsini bərpa edib.

"Report" bu barədə tənzimləyici quruma istinadən xəbər verir.

Məlumata görə, bununla bağlı qərar iyulun 26-da "Sığorta fəaliyyəti haqqında” qanuna əsasən qəbul olunub. Səbəb sığorta vasitəçilərinin lisenziyanın qüvvəsinin dayandırılmasına əsas verən halları aradan qaldırmasıdır.

Digər xəbərlər