Bakı. 20 dekabr. REPORT.AZ/ Lənkəran rayonunda fəaliyyət göstərən “İsmayıl Kredit İttifaqı" MMC-nin İdarə Heyətinin sədri dəyişib.
“Report” xəbər verir ki, indiyə qədər İttifaqa rəhbərlik edən Şahlar Əsədovu Turab Əskərov əvəz edib.
Bundan başqa, Füzuli rayonunda fəaliyyət göstərən “S.A.F. Kredit İttifaqı" MMC-nin rəhbəri Mehdi Hüseynov Qaməddin Məmmədovla əvəzlənib.