Azərbaycan Mərkəzi Bankı (AMB) “Progress-Sığorta Agentliyi” MMC-yə verdiyi sığorta agenti lisenziyasını ləğv edib.
Bu barədə “Report"a tənzimləyici qurumdan bildirilib.
Məlumata görə, bu qərar avqustun 30-da “Sığorta fəaliyyəti haqqında” qanuna uyğun olaraq qəbul edilib. Lisenziya onun qüvvəsinin dayandırılmasına əsas vermiş halların müəyyən edilmiş müddətdə aradan qaldırılmadığı nəzərə alınaraq ləğv olunub.