Bakı. 31 mart. REPORT.AZ/ 2017-ci ildə Azərbaycana xaricdən birbaşa investisiyalar kimi 5,7 mlrd. ABŞ dolları məbləğində vəsait cəlb olunub.
“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2016-cı illə müqayisədə 21,9% azdır.
Ötən il investisiyaların 86%-i neft-qaz sektoruna qoyulub. Bu nisbət əvvəlki il 76,7% olub.