Azərbaycana qida idxal edən şirkətin səhmləri üzrə hərracın tarixi açıqlanıb

Sentyabrın 4-də "Bakı Fond Birjası" QSC-də (BFB) “Merano-Baku” ASC-nin səhmlərinin yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

“Report” bu barədə birjaya istinadən xəbər verir.

BFB-nin Listinq Komitəsinin qərarına əsasən, hər birinin nominal dəyəri 10 manat olan 10 000 ədəd, yəni 100 min manatlıq adi, sənədsiz, adlı səhm standart bazar seqmentində listinqə daxil edilib. Qiymətli kağızlar abunə yazılışı üsulu ilə yerləşdiriləcək. Prosesin anderrayteri “AzFinance İnvestisiya Şirkəti” QSC-dir.

Bütün səhmlər yerləşdirilsə, “Merano-Baku”nun nizamnamə kapitalı 2 dəfə artaraq 200 min manata çatdırılacaq.

Xatırladaq ki, “Merano-Baku” 2016-ci ildə yaradılıb. Onun səhmləri 100 % Namiq Əsgərova məxsusdur. Şirkət Azərbaycanda qida məhsullarının idxalı ilə məşğuldur.

Digər xəbərlər