​Azərbaycana pul köçürmələri son iki ildə 47% azalıb

Bakı. 12 avqust. REPORT.AZ/ Bu ilin yanvar-iyun aylarında Azərbaycana xaricdən daxil olan pul baratlarının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 22,5%, 2014-cü ilin ilk yarısına nisbətən isə 47,1% azalıb. 

"Report" xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının yarımillik pul siyasəti icmalında bildirilib.

İcmala əsasən, 2016-cı ilin ilk 6 ayı ərzində ölkəyə xaricdən 423 mln. ABŞ dolları məbləğində pul köçürmələri olub. Bu rəqəm 2015-ci ilin ilk yarısında 546 mln. dollar, 2014-cü ilin ilk 6 ayında isə 799 mln. dollar təşkil edib.

Pul baratlarının azalması Azərbaycanla başlıca tərəfdaş ölkələrdə iqtisadi aktivliyin zəif olması ilə izah edilir.

Digər xəbərlər

ATB-nin xalis mənfəəti 62 % artıb 15 oktyabr, 2026 / 12:46