Bakı. 18 yanvar. REPORT.AZ/ Azərbaycan 2018-ci il ərzində 945 477,48 min ABŞ dolları dəyərində nəqliyyat vasitələri və onların hissələri idxal edib.
“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2017-ci ilin göstəriciləri ilə müqayisədə 133 312,03 min dollar (12,36%) azdır.
2018-ci il ərzində nəqliyyat vasitələri və onların hissələrinin idxalı Azərbaycanın ümumi idxalının 8,25%-ni təşkil edib.