Bu ilin I rübündə Azərbaycan iqtisadiyyatına cəlb olunmuş birbaşa xarici investisiyaların məbləği 1 400,9 milyon ABŞ dolları təşkil edib.
"Report" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 17,9 % çoxdur.
Rüb ərzində birbaşa xarici investisiyalarda neft-qaz sektorunun xüsusi çəkisi 89,2% olub ki, bu da 1 il əvvələ nisbətən 9,2 faiz bəndi çoxdur.