"Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu" auditor seçir

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məxsus "Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu" ASC 2020-ci il üzrə maliyyə hesabatlarının auditi üçün kotirovka sorğusu elan edib.

“Report” xəbər verir ki, sorğuda iştirak etmək istəyənlər təkliflərini iyunun 22-si, saat 17:00-a qədər səhmdar cəmiyyətinin yerləşdiyi Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti, 61 ünvanına təqdim edə bilərlər.

Maraqlanan təşkilatlar (012) 242-18-75 telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər.

Digər xəbərlər