Azərbaycan və Niderland statistika sahəsində əməkdaşlıq edəcək

Bu gün Azərbaycanın Dövlət Statistika Komitəsi ilə Niderlandın Mərkəzi Statistika Bürosu arasında anlaşma memorandumu imzalanıb.

“Report” xəbər verir ki, sənədi Azərbaycan tərəfdən Komitənin sədri Tahir Budaqov, Niderland tərəfdən isə Büronun baş direktoru Tjark Tjin-A-Tsoi imzalayıb.

Memorandum iki ölkənin statistika qurumlarının məlumat mübadiləsi sahəsində əməkdaşlığını nəzərdə tutur. 

Digər xəbərlər

ATB-nin xalis mənfəəti 62 % artıb 15 oktyabr, 2026 / 12:46