Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərovla görüşüb.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Azərbaycandakı səfirliyi məlumat yayıb.
Görüşdə Gürcüstan və Azərbaycan arasında ticari-iqtisadi əməkdaşlığın gələcək inkişaf perspektivləri, turizm və mədəni-humanitar sahələrdəki əlaqələr müzakirə olunub.
Tərəflər həmçinin Gürcüstanda və Azərbaycanda, xüsusən də qardaşlaşmış bölgələr – Acarıstan və Naxçıvanda ticarət evlərinin açılması məsələsini də nəzərdən keçiriblər.