Azərbaycan və Çin investisiya sahəsində əməkdaşlıq edəcək

Pekində Dövlət Neft Fondu ilə Çinin İnvestisiya Korporasiyası arasında Anlaşma Memorandumu imzalanıb.

"Report" xəbər verir ki, bu, Prezident İlham Əliyevin Çinə səfəri çərçivəsində bu ölkənin sədri Si Cinpinin iştirakı ilə baş tutub.

Sənədi Fondun İcraçı direktoru İsrafil Məmmədovla Korporasiyasının sədri və icraçı direktoru Can Çinson imzalayıblar.

Digər xəbərlər

Hermes BOKT-a lisenziya verilib 19 noyabr, 2026 / 14:31
Sabah pensiyalar tam ödəniləcək 19 noyabr, 2026 / 11:09