Azərbaycan və BMT postpandemiya dövründə bərpa və dayanıqlı inkişafı müzakirə edib

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov BMT-nin İnkişafın Əlaqələndirilməsi Ofisinin (UNDCO) Avropa və Mərkəzi Asiya üzrə regional direktoru xanım Qvi-Yop Sonla görüşüb.

"Report" xəbər verir ki, bu barədə Mikayıl Cabbarov "Twitter" hesabında yazıb.

"BMT-nin İnkişafın Əlaqələndirilməsi Ofisinin Avropa və Mərkəzi Asiya üzrə regional direktoru xanım Qvi-Yop Sonla 2021-2025-ci illər üzrə Çərçivə Sənədinin icrası üzrə təşkilatla əməkdaşlığın gücləndirilməsini, postpandemiya dövründə bərpa və dayanıqlı inkişaf istiqamətlərini nəzərdən keçirdik", - deyə o qeyd edib.

Digər xəbərlər