Azərbaycan Standartlaşdırma İnstitutu auditor seçir

Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) 2025-ci ilin mənfəət bəyannaməsi üzrə audit yoxlaması üçün kotirovka sorğusu elan edib.

"Report" xəbər verir ki, sorğuda iştirak haqqı 10 manatdır.

İddiaçılar təkliflərini aprelin 21-i, saat 18:00-a qədər dövlət satınalmalarının vahid internet portalına (etender.gov.az) yükləyə bilərlər.

Ötən il bu sorğunun qalibi "Hesabat" MMC olub. Şirkətə 1,2 min manat ödənilib.

Digər xəbərlər

Qızıl və Bitkoin ucuzlaşıb 19 iyun, 2026 / 08:09