Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) maliyyə hesabatlarının auditi ilə bağlı elan etdiyi kotirovka sorğusuna yekun vurub.
"Report" dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, sorğunun qalibi "MY Expert Audit" MMC-dir.
Qalib şirkətə 3,7 min manat ödəniləcək.
AZSTAND-ın maliyyə hesabatları ilk dəfə auditor yoxlamasından keçəcək.