Bu gün "Bakı Fond Birjası" QSC-də (BFB) “GL” ASC-nin 50 125 manatlıq adi adlı sənədsiz səhmlərinin yerləşdirilməsi üzrə hərrac keçirilib.
"Report" BFB-yə istinadən xəbər verir ki, səhmlər abunə yazılışı üsulu ilə yerləşdirilib.
Qiymətli kağızlara 1 investor 50 125 manatlıq 1 sifariş təqdim edib. Bununla da, yerləşdirmə tam baş tutub və "GL"in nizamnamə kapitalı 24,5 % artaraq 204 510 manatdan 254 635 manata çatıb.