Mayın 11-də "Bakı Fond Birjası" QSC-də (BFB) "GL" ASC-nin 50 125 manatlıq səhmlərinin yerləşdirilməsi üzrə hərrac keçiriləcək.
"Report" BFB-yə istinadən xəbər verir ki, səhmlər abunə yazılışı üsulu ilə yerləşdiriləcək.
Xatırladaq ki, BFB-nin Listinq Komitəsinin qərarı ilə "GL"in hər birinin nominal dəyəri 2 005 manat olan 25 ədəd adi, adlı, sənədsiz səhmi standart bazar seqmentində listinqə daxil edilib.
Prosesin anderrayteri "Azfinance İnvestisiya Şirkəti" QSC-dir. Proses başa çatdıqdan sonra səhmdar cəmiyyətinin nizamnamə kapitalı 24,5 % artaraq 204 510 manatdan 254 635 manata çatacaq.