Azərbaycan şirkəti manatla, illik 13% gəlirliliklə istiqraz buraxır

"Bakı Fond Birjası" QSC-nin (BFB) Listinq Komitəsinin qərarı ilə ”Az-Lead” MMC-nin 1 milyon manatlıq istiqrazları standart bazar seqmentində listinqə daxil edilib. 

"Report" bu barədə BFB-yə istinadən xəbər verir. 

Məlumata görə, qiymətli kağızlar dekabrın 29-da birqiymətli hərrac üsulu ilə yerləşdiriləcək. 

11:55

“Indart Holding” MMC-yə məxsus “Az-Lead” MMC "Bakı Fond Birjası" QSC-də (BFB) istiqrazlarını yerləşdirməyə hazırlaşır.

“Report” bu barədə qiymətli kağızların emissiya prospektinə istinadən xəbər verir.

Sənədə əsasən, söhbət hər birinin nominal dəyəri 100 manat olan 10 000 ədəd, yəni 1 milyon manatlıq faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazdan gedir. Qiymətli kağızlar 1 il tədavüldə olacaq. Onların illik gəlirliliyi 13 %-dir. Faizlər rüblük ödəniləcək. Prosesin anderrayteri “Azfinance İnvestisiya Şirkəti” QSC-dir. Bununla yanaşı, istiqrazları almaq istəyən şəxslər BFB-nin üzvü olan digər investisiya şirkətlərinə də müraciət edə bilərlər.

İstiqrazlar kütləvi təklif üsulu ilə yerləşdiriləcək.

Emitentin tədavül müddətində qiymətli kağızları geri alması nəzərdə tutulmayıb.

Digər xəbərlər