Azərbaycan şirkəti 40 milyon manatlıq istiqraz buraxır

Azərbaycanın məşhur supermarketlər şəbəkəsi "Bravo"nun idarə edən "Azərbaycan Supermarket” MMC "Bakı Fond Birjası" QSC-də istiqrazlarını yerləşdirməyə hazırlaşır.

"Report" bu barədə qiymətli kağızların Baza Emmisiya Prospektinə istinadən xəbər verir.

Məlumata görə, söhbət hər birinin nominal dəyəri 1 000 manat olan 40 000 ədəd, yəni 40 milyon manatlıq faizli, təminatsız, sənədsiz, adlı istiqrazdan gedir. Qiymətli kağızlar kütləvi təklif üsulu ilə yerləşdiriləcək və 3 il müddətində tədavüldə olacaq. Onların illik gəlirliliyi 10,5%-dir. Faizlər rüblük ödəniləcək. Prosesin anderrayteri "PAŞA Kapital İnvestisiya Şirkəti" QSC-dir. 

Emintentin istiqrazları tədavül müddətində geri alması nəzərdə tutulmayıb. 

Digər xəbərlər

ATB-nin xalis mənfəəti 62 % artıb 15 oktyabr, 2026 / 12:46