Bu ilin I yarısında Azərbaycanda sığorta şikətlərinin investisiya qoyuluşları ötən ilin sonu ilə müqayisədə 136 milyon manat və yaxud 10,7 % artaraq 1 404 milyon manata çatıb.
"Report" xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) "2023-cü ilin I yarısı üzrə Maliyyə sabitliyi hesabatı"nda bildirilir.
Sənədə əsasən, artım əsasən dövlət qiymətli kağızlarının (125 milyon manat) hesabına baş verib.
"Ümumilikdə, həyat sığortası şirkətlərinin aktivlərinin 90 %-ni, qeyri-həyat sığorta şirkətlərinin aktivlərinin isə 65 %-ni investisiya portfeli təşkil edir. Həyat və qeyri həyat sığorta şirkətlərində investisiya aktivləri əsasən dövlət qiymətli kağızlarından və bank vəsaitlərindən ibarətdir. Yerli maliyyə alətlərinin çeşidinin artması sığorta
şirkətlərinin investisiya fəaliyyəti üçün zəruridir", - deyə hesabatda qeyd olunub.